Bir kitab hədiyyə etdiyim zamanİki söz yazmağa mən adətkaram.Etibarlı dostdan, yaxın tanışdanHeç öz canımı da əsirgəmərəm.

İndi deyirsiniz – şair, di buyur,Verdiyin kitaba iki misra yaz.Baş üstə, mənim də olanım budur,Demişlər, “varını verən utanmaz”.

Varını deyəndə, dövlət demədim,Əsarət mənbəyi sərvət demədim.Varın qabiliyyət, istedad olsun,Bir də ki ləkəsiz, təmiz ad olsun!

Dostluq nəğmələri, şirin mahnılar,Bəli, bunlar olub külli-varım da.Xalqımın diləyi – arzularımdırDemişəm onları misralarımda.

Dövlətim, sərvətim heç vaxt olmamış,Bu bir həqiqətdir, əzizim, bilin!Dövləti yazdığı əsərləridir,Hər bir elm əhlinin, sənət əhlinin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets