Jam-i Jam, chapter 6
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
ای نخستینه فیض عالم جوداولین نسخهٔ سواد وجود
Kərəm dünyasının ey ilk meyvəsi,Varlıq kitabının ey ilk nüsxəsi,
روح در مکتبت نو آموزیابد از مد مدتت روزی
Ruh sənin yanında dərs oxuyandır,Sonsuzluq ömründən ancaq bir andır.
آسمان ترا زمین سایهآفتاب سپهر نه پایه
Bu yer, doqquz fələk, bir də asimanSənin bir kölgəndir dünyaya haman.
لنگر کشتی نفوس توییمسعد اختر نحوی تویی
Tale gəmisinin lövbəri sənsən,Səninlə ulduzlar çıxır nəhsdən.
هر که دور از تو دور ازو نیکیوانکه نزد تو، یافت نزدیکی
Kim səndən uzaqsa, bəxt ondan qaçar,Sənə yaxın olan olar bəxtiyar.
نیست راه از تو تا به علت توبجز از بیش او و قلت تو
Sənin səbəbini olmaz aramaq,Hər kəs axtarırsa, axtarır nahaq.
اندر ایجاد علت اولینیست بالاتر از تو معلولی
O başlanğıc səbəb yaranan zamanƏn yüksək nəticə sən oldun haman,
نظرت کرده تربیت جان رایار او کرده نور ایمان را
Nəzərin tərbiyə eylədi canı,Ona yoldaş etdi dini, imanı.
پیش رخ بستهای، ز قاف به قافتتق از زر نگار گوهر باف
Camalın önündə Qafdan QafacanAydan, ulduzlardan yaşmaq tutmusan.
گوش نه چرخ بر اشارت تستکاخ هفت اختر از عمارت تست
Doqquz çərx gözləyir sənin əmrini,Sən yeddi ulduzun tikdin qəsrini.
یزک لشکر وجود توییقاید کاروان جود تویی
Varlıq ordusunun xaqanı sənsən!Kərəm karvanının sarvanı sənsən!
دین ز حفظ تو پایدار بوددل ز بوی تو با قرار بود
Səninlə din-iman payidar olar,Könül ətrin ilə bərqərar olar.
لشکر روح را امیر توییهمه طفلند خلق و پیر تویی
Ruhun ordusuna sənsən əmir, xan!Camaat uşaqdır, sənsən qocaman.
ای ز چرخ و سروش بالاتراز تو گوهر نزاد والاتر
Səndən alçaqdadır çərx ilə mələk,Bir zat yaranmadı özündən yüksək.
مددی ده، که دیو رنجم دادجان من شو، که تن شکنجم داد
Kömək et, məni div incidir yaman,Bədən əzab verir, mənə sən ol can.
کارگاه من از تو بر کارستتو نباشی، مرا چه مقدارست؟
Səninlə yaşayır varlığım, inanMən nəyə gərəyəm, de, sən olmasan?!
سایهٔ خود مدار دور از منمبر، ای محض نور، نور از من
Kölgəni üstümdən uzaq eyləmə!Ey nur, nuru bizdən iraq eyləmə!
به فلک راه ده روانم رافلکی کن به علم جانم را
Ruhumu, rəhm elə, göylərə apar,Canımı elm ilə sən et payidar!
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-6
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Nə isə çatışmır xoşbəxtlik üçünGör nələr ummuşam “nə isələrdən”.
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Kərayli: Bu bəs deyil gətirübdürBu bəs deyil gətirübdürBaşıma yüz kələk səndən,