Jam-i Jam, chapter 99
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
زمرهای از بلا هلاک شوندبه بلا از گناه پاک شوند
Bir zümrə bəladan həlak olurlar,Bəlayla günahdan həm pak olurlar.
تو هم ار عاشقی بلاگش باشچون بلازوست، با بلا خوش باش
Sən də aşiqsənsə, gəl bəlakeş ol,Bəla ondan gəlir, bəladan xoş ol.
هر کرا آشنای خود سازدبه بلای خودش در اندازد
O kimi özünə etsə aşina,Onu qərq eyləyər öz bəlasına.
این بلا سنگ آزمایش تستمحنت آیینهٔ نمایش تست
Bu bəla səninçün bir imtahandır,Möhnət bir güzgüdür, yatma, amandır.
تا ببیند که چیست مایهٔ تو؟در محبت کجاست پایهٔ تو؟
Bilmək istəyir ki, mayəndə nə var,Hansı pillədəsən eşqə giriftar.
چه شکایت کنی ز مردن طفل؟کار ناکرده جان سپردن طفل؟
Nədir bu şikayət öləndə uşaq?!Heç bir iş görməmiş gedəndə uşaq?!
حکمتی باشد اندر آن ناچارزانکه عادل به عدل سازد کار
Sözsüz ki, bu işdə vardır bir hikmət,Adilə peşədir çünki ədalət.
حد عمر از سه قسم بیرون نیستآدمی از سه اسم بیرون نیست:
Ömür üç hissədən uzaq deyildir,İnsansa üç addan iraq deyildir.
کودکی و جوانی و پیریچون ازین بگذری فرو میری
Uşaqlıq, qocalıq, gənclikdir bunlar,Bunlar ötüb keçsə ölərsən, aşkar.
ساخت یزدان به صنع خود دو سرایوندر آن کرد نیک و بد را جای
İki saray tikdi, bir bax, Yaradan,Orda məskən saldı yaxşıyla yaman.
جان پیران پس از جدایی تنهر یکی راست منزلی روشن
Candan ayrılanda belə qocalar,Hər kəsin işıqlı bir evi olar.
که جز آن جایگه سفر نکندچون به دانجا رسد گذر نکند
Burdan özgə yerə səfər etməzlər,Orda da bir özgə yerə getməzlər.
هم چنین روح هر جوانی نیزمنزلی دارد و مکانی نیز
Bu cür gənclərin də ruhları, inan,Orda salacaqdır bir mənzil, məkan.
تا غنی در دنی نپیوندداین یکی گوید آن دگر خندد
Qarışmamaq üçün yaşlılar, gənclər,Birisi danışar, o biri gülər.
طفل را نیز همچو پیر و جوانچون سرآید به حکم غیب زمان
Gənclər, qocalar tək uşaqları daOlanda Tanrının fərmanı peyda
ببرد، ننگرد به کم سالیتا نباشد مقام او خالی
Aparar, heç baxmaz onun yaşına,Onun da mənzili qalmaz boşuna.
کار صنع این چنین بکام شودپادشاهی چنین تمام شود
Allahın işləri belədir müdam,Bu şahlıq kamildir əzəldən tamam.
بر چنین سلطنت مزیدی نیستجای فریاد و من یزیدی نیست
Bu mülk əlavəyə deyildir möhtac,Hay-küyə, fəryada yoxdur ehtiyac.
دل درین دختر و پسر چه نهی؟تن در آشوب و در سر چه نهی؟
Çox vermə könlünü qıza, oğula,Salma öz başını sən qalmağala.
چکنی اعتماد بر فرزند؟چون ندانی چه عمر دارد و چند؟
Övlada bu qədər etmə etibar,Bilmirsən nə qədər onun ömrü var.
ایکه داری تو این منی در پشتچه نهی بر حروف او انگشت؟
Gəl, ey öz belində toxum gəzdirən,Onun hərflərinə əl uzatma sən.
نتوانی تو کین منی داریکز منی یک مگس پدید آری
Sən sahib olsan da, toxuma, gerçək,Yarada bilməzsən hətta bir milçək.
گر بکشت، ار بهشت، او داندسر هر خوب و زشت او داند
Öldürür, saxlayır o, özü bilər,Yaxşı-pis sirrini özü dərk elər.
باغبانی، تو مزد خود بستانسعی کن در عمارت بستان
Əgər bağbansansa öz haqqını al,Çalış bağ-bağçanı bir sahmana sal.
مالک ار باغ را خراب کندباغبان کیست کین خطاب کند
Sahib öz bağını edərsə viran,Nə haqla dillənir bu işə bağban?!
گفت: کامی بران و راضی شوبتو کی گفت: مرد قاضی شو؟
O, sənə söylədi: – Kam al, razı ol!Haçan söylədi ki, yeri qazi ol?!
هر دو کون وز حکم او یک جوز آنچه گفتم کراست بیرون شو؟
Hökmü qarşısında bu iki cahan,Doğrusu, bir arpa qədərdir haman.
تو چه دانی که مرگ طفل از چیست؟و آنکه روزی دهد به طفلان کیست؟
Bilmirsən kim verdi ruzu uşağa,Ya o, nədən öldü, düşdü torpağa.
شیر شیرین ز تنگی پستانکه بر آرد به حیله و دستان؟
Südü dar yol ilə ana döşündənKimdir ustalıqla süzüb gətirən?!
او دهد طفل و او ستاند بازکس نداند حقیقت این راز
O, uşaq da verər, geri də alar,Kimsə bilməz nədir ancaq bu əsrar.
هر که را در فراق فرزندیاندرین خانه سوخت یک چندی
Övlad fərağilə dünyada hər kəsBir müddət odlara yanarsa əbəs,
شرم دارد در آن جهان جبارکه بسوزاندش به دوزخ و نار
Orda cəhənnəmin odunda ancaqOnu yandırmaqdan utanar Allah.
از برای پدر شفاعت طفلاین چنین باشد و بضاعت طفل
Uşağın ataya şəfası budur.Uşağın xeyiri, cəfası budur.
دشمنان از بلا نفور شوندتا شکایت کنند و دور شوند
Düşmənlər edərlər bəlaya nifrət,Ondan gen qaçarlar edib şikayət.
ز که نالی گراوت خواهد داد؟هم بدو نال، هر چه باداباد!
Bu nalə kimdəndir, odursa verən?!Hər nə olur-olsun ona yalvar sən.
خاص را در بلا بدان سوزدتا دل عام را بیاموزد
Yaxır bəla ilə xasları özü,Ta xalqın bu işdən dərs alsın gözü.
کادب بندگی چگونه بود؟چیست کین درد را نمونه بود؟
Görsünlər, bəndəlik nə sayaq olar,Bu dərdə nə təhər nümunələr var.
ز بلا میشود دو راه پدید:صورت طاعت و گناه پدید
İki yol törənir bəladan ancaq,Biri itaətdir, o biri günah.
عارف اندر بلاش بیند و بندلذتی کز نبات خیزد و قند
Nabatda, şəkərdə hər nə ləzzət var,Ariflər bəlada, cidarda tapar.
از نشاط بلا به رقص آیدگر نه، در بندگیش نقص آید
Sevincdən rəqs edər bəlanı görcək,Yoxsa, bəndəliyi naqisdir, demək.
نیست پوشیده شمهای زان نورلیک از عدل تا نباشد دور
Heç bir şey o nurdan gizli deyil, bax!Ancaq olmamaqçün ədldən uzaq,
بر تو نیک و بد استوار کندتا به فعل تو با تو کار کند
Yaxşılıq, yamanlıq edər o, sənə,Belə qiymət verər əməllərinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-99
Use ← → keys to move, R for a random poem