Girsən onun vedrəsinə
Bir əsər yazdı fələk qoydu həyat səhnəsinə,Bizi ifaçı yaratdı, onun hər pərdəsinə.
Bilmədim hansı bir ifaya rəva bildi məni,Bir onu bildim ölüm yazdı vida səhfəsinə.
Goreşənlər yedilər hər yeri heç doymadılar,Çatmadı bir bu qədər yer goreşən dəstəsinə.
Atamın baş daşını yer ilə yeksan elədin,Dəyəcək bir gün həmən daş atovun kəlləsinə.
Qoysa göz üstünə kim ölkəsi yox, bölgəsini,Dönəcək bölgəsi bir gün gözünün kölgəsinə.
Sözümü axıracan dərk eləmirsənsə əgər,Onda zəhmət çəkib haqqın səfər et zirvəsinə.
Demişəm Pünhana nə vedrə, nə bel bağlaginən,Oturub ağlaginən, girsən onun vedrəsinə.
20 mart, 2002
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-girsen-onun-vedresine
Use ← → keys to move, R for a random poem
More by this author
Natəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.
Əli bayrağıdı buBu sinəm dağına əl dəymə Vətən dağıdı bu,Bu dağın lalələrin əzmə şəhid bağıdı bu.
Atdan özünçünYa düz yola keç ömrü boyu qatdan özünçün,Ya əyrini seç, dəhridə rahatdan özünçün.
Pünhanı şişirdirlərBöhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,Zindanlara atmaqçün, böhtanı şişirdirlər.
Poems by other poets
Ey ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
ÜstünəMirzə Hüseyn bir kəs olsa vərşikəst,Çox adamlar alır ayaq üstünə,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,