Göz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

Xatəmin övladına yas tutmağa Adəm gəlib,Adəmin fəryadına peyğəmbəri - Xatəm gəlib,Kərbəla torpağına göydən bütün aləm gəlib,Car çək başsız Hüseynə baş çəkən Zəhradı bu,Gəl gedək burdan Heseynim, qanlı bir səhradı bu.

Ötdü min dörd yüz ilim, dur Şümrə bir meydan oxu,Yetdi son Aşura, zülmün qətlinə fərman oxu,Bitdi həqqin intizarı, döndü bu dövran oxu,Surələr Sur oldu xətmi-qeybəti-kübradı bu,Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.

Badu Kubə şəhrinə bir gün ƏliƏkbər gələr,Həzrəti Əbbas ilə Həzrət Əli-Əsgər gələr,Zülfüqarıynan Əmir-əl-Mömünün Heydər gələr,Sahibi - əsr - Zamandan öncəki peydadı bu,Gəl gedək burdan Hüseynim, qanlı bir səhradı bu.

Ol Yəzidin ləşkərindən bir başa min baş gedər,Şah Hüseynim başdadır hər başda gizlin baş gedər,Baş düşər başdan çıxar qaş başa bir gün baş gedərYazdığım misralar içrə qalibi-misradı bu,Gəl gedək burdan Hüseynim qanlı bər səhradı bu.

Bir səhər mən at belində göydə gördüm Hüccəti,Endi göylərdən yerə sildim min illik həsrəti,İnşəallah gün gələr Kubəmdə görrük HəzrətiBir həqiqətdir yazıb Pünhan demə xülyadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.

12 aprel, 1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əcəb elərəm

Quzu balamın, quzu qanını tələb elərəm, əcəb elərəm,Dedi ki, verib özü canını əcəb elərəm, əcəb elərəm.

19981 min
Vətənimdir

(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.

4 min
Sənə qurban kəsərəm

(Bəhri-təvil)Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.

2 min
Yetmiş il keçdi

(Bəhri-təvil)Yetmiş il keçdi nə keçdi, o da bir işdi bizim əlimizə düşdü və nəhayət dolanıb təxti-Mixailə yetişdi, bu qaban oğlu qaban da yenidənqurma deyib xalqa girişdi və girişdi nə girişdi, zamanın çərxi dəyişdi.

3 min

Poems by other poets · Lament