Yaxşı güzarana sürüm
Əlimi şanə edim saçlarına şanə sürüm.Saçına tağ ayırım hər teli bir yanə sürüm.
Kaş bir Leylim ola, bir də Bürağım yarəb,Götürüm Leylimi də rövzeyi-rizvanə sürüm.
Bu çətin ömrü qəmin zənciri ilən sürürəm,O gün olsun ki, onu yaxşı güzarana sürüm.
Qələm ayrılmadı bir ləhzə varaqdan, ey dil,Batırım hərdən onu gözdən axan qanə sürüm.
Yenə azadlığımın meydanı zindana düşüb,Mənə meydan verin azadlığı meydanə sürüm.
Nə gəlir Pünhana pünhan onu aşkarə yazır,Dedi ver izn bu aşkarını zindanə sürüm.
12 iyul 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-yaxsi-guzarana-surum
Use ← → keys to move, R for a random poem
More by this author
Bir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.
Körpəmiz olsun, olmasın?Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
Əntər "obezyan" necədü?Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?
Şurikə köz qoymuşuqHər nəyə əl vurmuşuqsa, orda bir iz qoymuşuq,Sirr odur ki, əyri əlnən izləri "düz" qoymuşuq.
Poems by other poets
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
SualKülək yaman əsdi,Bütün gecəni.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür