Doğma anam - diyarımdır o mənim,Səadətim, baharımdır o mənim,Xəzan görməz gülzarımdır o mənim.İlk məskənim, son məskənim vətəndir.Beşiyimdir, məzarımdır o mənim.

Qucağında boy atdığım bu yeri,Milyon kərə dolaşmışam azı mən.Şe’rə düzüb ən səmimi sözləri,Eşqi ilə dindirmişəm, a dostlar,Sinəmdəki bir sədəfli sazı mən

Mən hər dəfə onu seyrə dalandaMəhəbbətim soyumamış zərrəcə.Dan güləndə, ya da qaş qaralanda,Fərqi yoxdur: ya sübh çağı, ya gecə,Ona sonsuz bir maraqla baxmışam.Fərəhimdən, qürurumdan coşaraq,Göylərində şimşək kimi çaxmışam.

Müqəddəsdir vətənimin torpağı,Damağımda şor suyu da bal dadır.

Kainatın hər bəzəyi, növrağı,İftixarla deyirəm ki, ondadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland