Uşaqlıqdan sevmişəmMən el nağıllarını,Dinləmişəm nənəmi –O mehriban qarını.Şirin söhbət açardıO, dostluqdan, hünərdən;Yeddibaşlı ilandan,Gizli dəfinələrdən.

Söyləyərdi, dünyadaNələr vardır, ah nələr...Səpilmiş yer üzünəParlaq, nadir incilər.

Xəzinələr bəzəmişBu torpağın qoynunu.Kim qoçaqdır, igiddirAxtarıb tapır onu...

Dinlədikcə nənəmiNə yorular, doyardım,Mən də inci, xəzinəTapmaq arzulayardım.

Bu xoş istək, fikriminSəmasında süzərdi;Nəzərlərim həmişəDörd tərəfi gəzərdi.

Yadımdadır bir dəfəGecə keçmişdi xeyli,Gözlərimdən quş olubUçmuşdu yuxu meyli.

Gördüm bir “göz” parlayır,Yanır zülmət içində.Vurdu sinəmdə ürəkBir xoş riqqət içində.

Dedim inci tapmışam...Çatdım ona sevincək.Tez götürdüm əlimə.Gördüm böcəkdir, böcək.

Barmağımın üstündəO tərpəndi, süründü.Qurdun yumşaq bədəniMənə iyrənc göründü...

Bir dəfə də yaz çağıDolaşırdım çəməndə,Bir təzəlik duyurdumNərgizdə, yasəməndə.

Qəlbimi oxşayırdıZərif, əlvan çiçəklər,Uçuşurdu qanadıZər yazılı böcəklər.

Hər yana öz nurunuPaylayırdı al günəş,Yol üstündə, bu zamanGördüm yanır bir atəş.

Min rəng çalır ziyasıFiruzə, yaqut kimi.O bir qızıl kəmərmi,Yoxsa nadir incimi,Bəzəmişdir al-əlvanHər yanı, hər tərəfi?

Yaxınlaşdım, üstüməFısıldadı bir əfi...

Qaçdım qan-tər içində.Girən zaman evə mənQoca nənəm təlaşlaDedi: – hardan gəlirsən?Olanları söylədim...Dərin xəyala getdi,Məni başa saldı o,Sonra məzəmmət etdi:

– Mənasını duymadanUysan parıltılara,Ya qurda rast gələrsən,Ya zəhərli şahmara.

Təkcə gözə inanma,Ağlınla düşün dərin –Əslini saxtasındanSeçməkçin incilərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets