“Olmaz, olmaz!” deyirsən
(Mahnı. Musiqisi Zöhrab Abdullayevindir)
Sahil sakit... çəkilibdir ayaqlar,Coşan dalğa qayaları qucaqlar.Deyəndə ki, gəl qayıqla üzək, yar,Çatıb qara qaşlarını nədən sən:– Olmaz, olmaz! – deyirsən.
Ay ucalır... gecə olur tən yarı,Əynin nazik, əsir dəniz rüzgarı,Üşüyürsən, bir yaxına gəl barı,Qəzəbdənmi alovdan don geyirsən:– Olmaz, olmaz! – deyirsən.
Sübh şəfəqə boyayanda aləmi,Töküləndə çiçəklərin şəbnəmi,Deyəndə ki, çatdı ayrılıq dəmi,Buraxmayıb əllərimi nədən sən:– Olmaz, olmaz! – deyirsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-olmaz-olmaz-deyirsen
Use ← → keys to move, R for a random poem
More by this author
Üç oğlum var idi... çox gördü tale,Cəllad baltasını çaldı belimdən –
Tez evləndirəkDüz deyiblər, bilmir bəzi cavanlarAta olanacan ata qədrini;
Sevincimi gəzirəmOnda atam sağ idi,Hamı “əmi” deyirdi,
Qarışıq düşməsinÜz tutdun qürbətə, kövrəltdin məni,Gözümdən su səpdim arxanca, oğlum.
Poems by other poets · Nature and spring
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
نظرها محرم رویت نبودندبه مشتاقان نموداری نمودند