Universitet yeməkxanasında
Universitet yeməkxanasında –Dinləyirdim masada gedən söhbətləri.Danışırdılar fəxr iləYedikləri ləzzətli yeməklərdən.Tərif edirdilər o yeməyi, bu yeməyi.Təəssüf ki, eşitmədim –Elm barəsində bir söhbət.Universitetdə gedənTədqiqatlar barəsində bir mübahisə.Sanki elmi mübahisə, müzakirəYığışıbdı bu ölkədən.Söhbətlər məhdudlaşıbRestoranların yeməklərilə.Bahalı maşınlarının qiymətlərilə.Boş-boş qeybətlərlə.
09.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-universitet-yemekxanasinda
Use ← → keys to move, R for a random poem