Ax, annə!..
Gözündə şanlı yurdun,Gözəlliyə uyurdun,Sən oğluna duyurdunÖmür nə, can nə, annə,Ax, annə, annə, annə!
Könül olarmı cansız?Sevinci, dərdi sonsuz,Ulusdur annəm, onsuzŞərəf nə, şan nə, annə,Ax, annə, annə, annə!
Ölüm ki sıldırımtək,Nəcür onu qırım tək?!Bu canı yıldırımtəkVurub yaxan nə, annə?Ax, annə, annə, annə!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-ax-anne
Use ← → keys to move, R for a random poem