Bu gün İstanbulda açdıq səhəri,Umulmaz incilər yerləşir onda.

İstanbul dünyanın gözəl şəhəri,Asiya, Avropa birləşir onda.

Görəsən bu yerdə boş avazlarınKöpürə-köpürə köpü yatarmı!?

Boğazı qurusun boşboğazların,Boğaz körpüsünə körpü çatarmı?!

Dayandım körpünün ortasında mən,Açdım qollarımı iki qitəyə.

Göründüm türklərin arasında mən,Göz qoyub xəyalı bir xəritəyə.

Zaman qarşısında üfüqlənmədə,Canlı muzey kimi Boğaz körpüsü,

Boğaz üzərində şəfəqlənmədəQövsü-qüzey kimi Boğaz körpüsü.

İstanbul, 1984

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets