İstanbula doğru
Dağ kimi dalğaları aşdı “Azərbaycan”ımız,Səkkiz ölkəylə vidalaşdı “Azərbaycan”ımız.
Neçə iqlim, neçə dövlət, neçə millət gördük,Nə əziyyət, nə müsibət, nə fəlakət gördük.
Bu uzun yolçuluğumdan da uzundur bu gecə,Bu gecə gündüzə oxşar, bu gecə nurlu gecə.
Ağ dəniz sanki alıb qoynuna yüz məmləkəti,Kəhkəşanlar kimi parlar bu dəniz səltənəti.
Bu üfüqlər, bu şəfəqlər bu işıqlar yoludur,Sirli aləmdə bir aləmdə ki, aləm doludur.
Yol boyu qüvvət alır bizdən “Azərbaycan”ımızVaracaq Türkiyəyə tezdən “Azərbaycan”ımız.
Dan yerindən doğacaqdır bu sabah İstanbul,Dəniz altımda, göy üstümdə, üfüqlər məchul.
Hamı yatmış, mən oyaq, dalğalar, ulduzlar oyaq,Bir dəniz türküsü şəklində əsən ruzgar oyaq.
Bu gecə başqa gecə, səksəkəli, mərəkəli,Gəmimiz daima getməkdə inamla irəli.
Bu nə boşluq, sonu yox, yox duya bilməm onu, yox,Dənizin də, üfüqün də, gecənin də sonu yox.
Ağ dəniz sirri qaranlıq gidi bir ümman ki,Çırpınır varlığı sonsuzluğa doğru sanki.
Boşluğa, yoxluğa daldıqca xəyalım darılır,Varlığım yoxluğa varmış kimi bağrım yarılır.
Çırpınışlarla qoşan dalğaların ahəngi,Hayqırışlarla coşub dalğalanan bir cəngi.
Kim deyir dalğalar ümmanda axan adi sudur,Bəlkə onlar ulu sancaqlı zəfər ordusudur.
Duyuram çınlayan at nallarının səslərini,Kişnəyir parçalayıbmış kimi məhbəslərini.
Söyləyir arş, irəli! Dalğaların odlu səsi,Uçurur könlümü İstanbulu görmək həvəsi.
Sən ey əfsanə Bizansın gözü Konstantinopol,Qucağından açılır Asyadan Avropaya yol!
Səni bir-bir talayanlar sovuşub tərk etdi,Sarılıb boynuna türk oğlu səni türk etdi.
Həsrətindir dəli könlümdə, bu çırpıntı nədir?Yaşadır eşqini türk beş yüz otuz bir sənədir.
Musiqin dadlı, dilin doğma, adın qüdrətli,Atatürkün yer üzündə əbədi şöhrətli!
Sən bu dünyada bu dünyaya bədəl bir dünya,Sabah ömrüm görəcək gerçək olan bir röya!
Duyğular dalğalı sellərtək aşıb-daşmaqda,Dalğa-dalğa həyəcanlarla axınlaşmaqda.
Yol uzanmış, ən uzun gündən uzundur bu gecə,Sənə həsrətlərin ömründən uzundur bu gecə.
Boğaz, 1984
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-istanbula-dogru
Use ← → keys to move, R for a random poem
More by this author
Dərmə bu çiçəyi, dərmə, ay qızım,Çox da ki oxşayıb, qoxlayacaqsan.
QıratCanlılar içində tarixə düşmüşYeganə canlı var, o da Qıratdır.
İçdən səslərYurdumun bağlarının gülləridir ilmələrim,Dədə Qorqud qopuzundan ucalır nəğmələrim.
Haraya getsəm, oğul, ünvanımızdır bu vətənHaraya getsəm, oğul, ünvanımızdır bu vətən,Bir ömür dastanımızdır bu vətən.
Poems by other poets · Nature and spring
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Yeddi gəmi adasıOnların ayağına poladdan bənd vuruldu,Kəsildi göy sulardan yeddi gəmi nidası.