Yamanlıq eyləyən abdal olmalı,Yaxşılıq igidin əlindən gələr.Qartalın yavrusu qartal olmalı,Yarasa yarasa belindən gələr.

Günəşsiz, dünyaya şəfəq saçılmaz,Ulduzdan qaçılmaz, aydan qaçılmaz,Heyvanın aləmdə dili açılmaz,İnsana nə gəlsə dilindən gələr.

Yadlara yaranmaq qeyrətdən deyil,Bu illət sağalan illətdən deyil,Şairin şöhrəti qürbətdən deyil,Vətənindən gələr, elindən gələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets