Gün aydın, ey mənim əski dostlarım,Uzun illər boyu uzaq düşmüşük.Sizinlə üzümə güldü baharım,Nə mutlu bizə ki, biz görüşmüşük.

Siz acı günlərdə bir loğman kimi,Azmı dayandınız mənim önümdə?İnlərdi ürəyim bir kaman kimi,Sizi, görməsəydim yaman günümdə.

Candan umutludur, içdən umutlu –O dost ki dostlara can dilər, sevər.O mutlu yaşayar, ona nə mutlu,Ürək dilərsə ver, can dilərsə, ver!

A dostlar, sizinlə necə doğmayıq!Gözlər o gözlərdir, sözlər o sözlər!Çox da ki çox sular adlayıb qayıq,Çox da ki dəyişib sevimli üzlər.

Hər dost bir aləmə könül versə də,Kim deyir, dostluqda qədir bilmədik.İllər üzdən bizi dəyişdirsə də,Dəyişdirilsək də, dəyişilmədik...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets