Mavi Xəzər
Xəzər, ey mavi Xəzər!Suların dalğalanan türküyə bənzər!
Çağlayan dalğalarınBitməyən qovğaların!
Sənə oxşar, səni oxşar əsərim olsaydı,O gözəl duyğularınla ürəyim dolsaydı!
Nə qədər mutlu olardım, bilsən,Eşi yox şairsən!
Ah, nələr var səndə,Əbədi saniyələr var səndə.
Yer üzündə əbədidir cəngin,Uludur ahəngin.
Sonu yox dadlı gözəlliklərinin,Sirləri səndə yüzilliklərinin!
Mavi bir güzgüyə bənzər kimisən,Yerə enmiş göyə bənzər kimisən.
Günəşi ruhuna uydurmadasan,Mənə sonsuzluğu duydurmadasan.
Səni candan dinlərGözləri yolda qalan bədbinlər.
Səndə bir məna var,Dadlı bir röya var.
İmrənirsən niyə yıldızla Aya,Başqa bir dünyaya.
Ucal, ey mavi Xəzər,Suların maviləşən türküyə bənzər!
Sən ucaldıqca ucalmaqda bizim türklər də,Mat qalıbdır bu dərin hikmətə müdriklər də!
Ucal, ey Türk dənizi, sirli dəniz!Türklüyün aynası bildik səni biz!
Ulu türkdaşlarına sirrini aç! Nurunu saç!Mavi türkünlə dənizdən-dənizə mavi yol aç!..
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-mavi-xezer
Use ← → keys to move, R for a random poem
More by this author
Şerim, ey varlıqda bir parçam mənim,Sənsən yer üzündə tanrıçam mənim!
Ən sevdiyiYurd dahi Nizaminin özüydü,Xalqın açıq alnı, ağ üzüydü.
DeyənəMən, yurddaşımdır deyirəm,Yurduma anam deyənə.
Sən güclüsən, ey dost, sənə yurdun inanırsaSən güclüsən, ey dost, sənə yurdun inanırsa,Könlündə, gözündə ulusun eşqi yanırsa!
Poems by other poets · Nature and spring
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Qərib baharYamacları qalxa-qalxaDağ başına yol almışam.
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,