Mənim fəğanımı dinləyər könül,Dərdimdən yer ağlar, asiman ağlar.Gecəli gündüzlü inləyər könül,Sanki dağ başında bir duman ağlar.

Yetimtək ağlaram mən sənin için,Hər gün ah çəkərəm, ah, için-için,Neçin duymayırsan, daşlanıb için,İçimdə yanıqlı bir kaman ağlar.

Necə amansızmış bu dünya, aman,Bir yanda günəş var, bir yanda duman,Kimi sənin kimi gülər hər zaman,Kimi mənim kimi hər zaman ağlar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice