Gözəlliyi duyan gözəl
Mənim gözəl çocuqlarım,Sevimli yavrucuqlarım.
Bilin, gözəl düşüncələrAçar könüldə qönçələr.
Qapılmayın dəcəlliyə,Könül verin gözəlliyə.
Bu yer gözəl, bu göy gözəl,Quzey gözəl, güney gözəl.
Gözəl kitabla əylənin,Gözəl şeirlər öyrənin.
Aşıb-daşınca duyğularOyansın incə qayğılar.
Gözəlliyə uyan gözəl,Gözəlliyi duyan gözəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-gozelliyi-duyan-gozel
Use ← → keys to move, R for a random poem
More by this author
Köpəklər yançağın olmuş, sağın daşna, solun xınçaq,Bu varlıqda varıb varlanmaq istər varlığın ancaq!
ÇağımızdaXalqımız, yurdumuzun haqq səsinəYer üzü səs verəcəkdir umdu.
İllətimHankı illətdir o illət ki, bizim yurdda qoşar!Birisi məşvərət eylər birisiylə rusca!
TürklükMən çocuqkən düşünüb türklüyümü dərk etdim,Ruhumu, varlığımı, mənliyimi Türk etdim.
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,