Oxşama
Gəlişin ürəksiz oldu,Görüşün sürəksiz oldu,Sevginlə odlanan könülÖmrünə gərəksiz oldu.
Düşdüm qaranlıq axşama,Ox, məni daha oxşama!
Günəş batdı, ayım getdi,Ulduzlar alayım getdi,Nələr çəkdi yanan könül,Vayım gəldi, hayım getdi.
Düşdüm qaranlıq axşama,Ox, məni daha oxşama!
Uğradım əzaba yalnız,Mən yalnızam, yapa yalnız,Yalnızlığın üzü qara,Hardan işıq tapa yalnız.
Düşdüm qaranlıq axşama,Ox, məni daha oxşama!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-oxsama
Use ← → keys to move, R for a random poem