O şairin ki varlığıOlunca dərbədər, sevər,Sevinci, bəxtiyarlığıKədərdədir, kədər sevər.

Olar zavallı sanmayın,Ölür desə, inanmayın,Alovlanınca yanmayın,Düşünməyin hədər sevər.

Axınca dondurulmaz o,Aşıb-daşar, durulmaz o,Uçar, uçundurulmaz o,Sönüncəyə qədər sevər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets