Sevirəm mən sevən insanları, candan sevirəm,Sevgi dünyasına könlüm göz açandan sevirəm.

Onların mənliyi şəfqətlə gülümsər sanki,Onlar insanlığı rəğbətlə mənimsər sanki.

Onların ömrü şəfəq dalğalı bir mavi dəniz,Onların könlü çocuq könlü qədər saf, ləkəsiz.

Sevirəm mən sevən insanları, candan sevirəm,Ruhuma sevgi həyat nuru saçandan sevirəm.

Sevən insanlar ədavət nə deməkdir, bilməz,Onlar əlbəttə ki, nifrət nə deməkdir, bilməz.

Oyanıq duyğuları, hissləri qəflətdə deyil,Bəxtiyar olmasa da, heç biri bədbəxt də deyil!

Sevirəm, sevgiyə layiq yaranıb onlar axı,Aləmi sevməyə bilməz sevən insanlar axı.

Sevə bilsəydi ölüm, qan diləyən nadanlar,Yer üzündə açılardı qapanan zindanlar.

Sevə bilsəydi bu dünyada bütün insanlar,Durulardı savaş uğrunda daşan vicdanlar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love