Aysel
Nəvəmə
Gəl oturaq,baba, nəvə.Sən de bildiklərini,qulaq asım.Mən də sənə söyləyimdünyanın işlərindən;gizli bir şey qalmasın.Yol varmı baxaq, görək,mənim qoca dünyamdansənin körpə dünyanaYollar var ki, qısadır,sanki kirpikdən qaşa.Yollar var ki, uzundur,əvvəlindən sonuna,bir uzun ömür yaşa.Sənin yolun qısadır hələlik –beşikdən dörd payıza.Mənim yolum uzundur –içi dolu intizar,mübarizə, qayğılar.Altmış ildən çoxdur ki,yol gəlirəm həyatda;sənin körpə dünyandanmənim dünyama qədər.Sən yuxular içində,nağıllar dünyasında.Mən bu əsrin təzadlısevincində, yasında.
Ömrümüzün yolları ancaqbircə yönədir.Geriyə nə cığır var,nə ləpir var,nə eniş,Bu, həvəsdən dözüməuzanan bir yoxuşdur.Bu yoluilk pillədənzirvəyə qədər əgər gedər olsan,bir işdir,onda görərsən özün,Həqiqəti acıdır bu sözün.Ümidsiz olma, bala!hər cəfaya, inciyə,hər çətinliyə dəyər,ömrü bir insan kimidoğru yaşasan əgər.
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-aysel
Use ← → keys to move, R for a random poem