Darısqallıq
Uzun illər sıxdı məni:gah çəkmələrim –bəzən uzunu, bəzən eni ilə.Gah ötüb keçən ilə təəssüfüm.Gah ümidim, yeni ilə.Gah dünyanın dərdi, qəmi sıxdı məni,gah corablarımın boğazı,Gah alçaq buludların qalın pərdəsi;Gah bir nadan qələmindəntökülən yazı.Gah avtomat qələmin bahalığı.Gah sözün ucuzluğu.Gah köynəyimin yaxalığı.Qırıb çıxmaq istədim“olar”, “olmaz” çərçivəsindən.Dedilər: – Yox, yox!Dəblərə, qaydalara gir!Vərdişləri, adətləri gözlə!Sığallı dillə yaz!Sıxdılar məni,maddələrlə, sözlərlə...İş otağımon iki metr yarım.
Altısındamən,yazı masam,həsrətim, ümidim.Sabir,Heminquey,Tavandan süzülən damcıların izi.Bricid Bordonunbığsız, pişik üzü.Falk, Mikayıl,Tağı,Bəhlulun nəvəsi.İlk sırada olmaqvə qalmaq həvəsi.Altı metr belə.Altı yarım:kitablar, kitablar, kitablarım.Pəncərələr sıxdı məniuzunsov dörd bucaqda göstəribküçənin evlərlə sərhədlənmiş yarğanını.Maşınlar sıxdı mənimarkalarına münasib.Sıxdı məni vaqonlarıngüzgülü kupeləri vəyol hesabatını yoxlayan mühasib.Məsafələr metrlərlə,işıq kilovatlarla doldurulub.Nəğmələr oktava içində.Xəstələrin hərarətidərəcələr içində.İri meyvələr dənələrə,üzüm – göz yaşı gilələrə dolub.Şəhərimin yaşıllığıölçülüb, biçilibsalınıb rəqəmlərə.Dağlar darıxıb göyə qalxıb,dərələr çöküb yerə.
Darıxır insanhüdudlar, ölçülər içində.Yayda uzun gündüzlər,qışda uzun gecələr içində.Deyirəm:öləndə, atınən dərin dəryaya məni;qaldırıb buludlardan yuxarı!Son yolum uzun,son mənzilim geniş olsun barı.Yox, yox.Ən dərin dəryalar dasahillərin çənbəri içindədir.Görünür,darısqallıq kənarda deyil;hər meyvənin tumunda,hər canlının hüceyrəsində,hər binanın daşında, kərpicindədir.Görünür,yolumuz budur.Zərurəti dərk etməyincəgedirik, gedəcəyik,darısqallıqdan keçə-keçə...
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-darisqalliq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Sharafnama, chapter 45Come, cup-bearer! make my neck free (from the grief of separation);Pour the tears of the goblet (of the wine of senselessness) upon my skirt,