Dinmədik
Yağış yağdıBir gün ara vermədi,Yağdı gecə-gündüz.Sən dinmədin,Mən dinmədim.Gölləndi çöl, dərə, düz.Dörd bir yan yağış olduYazın oğlan çağındaQış oldu.
Sən dinmədin,Mən dinmədim.Bir gün gəldiGöy qupquru qurudu,Bir damcı da düşmədi.Gün şaxıdı,Çöllər yandı,Sən dinmədin,Mən dinmədim.Külək əsdiBudaqlardan yarpaqlarıQırdı, tökdü –Yenə susduq.Sən dinmədin,Mən dinmədim.Yanğın oldu,Tüstüsü də görünmədi.Sən də susdun,Mən də susdum.Düşündük ki,Təbiətin şıltağıdır.
Hey haray çək,Çığır-bağır!Bu dinməzlik adət olduözümüzü inandırdıq.Qismət dedik günümüzə.“Neyləyək bizəlac yoxdur,olmalılar olacaqdır.Dünya qədim bir ocaqdır.Həm közü var,həm külü var.Həm tikanı,həm gülü var”.Bir dostumuz görünmədi,Niyə? Niyə?
Sən bilmədin,Mən bilmədim.Soruşma ki, kim bildi, kim!Bəlkə bilsən,Bəlkə bilsəm,Neyləyərdik?Qəm yükümüz azalardıBilsə idik?Demirəm ki,Nigaranlıq yox olardıQəm yükümüz az olardı,Bəlkə çoxdan çox olardı.Bəlkə də verib əl-ələQuraqlığa göz yaşındanNəm verərdik,Yağışları durdurardıq,Yanğınları söndürərdik,Küləkləri sındırardıqÇilik-çilik.Bəlkə nəvə, nəticələrDünyamızın bəd gücünəbir gün olarqalib gələr.
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-dinmedik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıqTəkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
Altımız üstdən bilinirAdamın yaxşısı yaxşı, pisi pisdən bilinir,Necə ki, düz cavabın qiyməti testdən bilinir.
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.