Əzizim Tatul Huryan!Bəlkə sənin qanındıruzaq-uzaq torpaqda,xəzəl olmuş yarpaqdaquruyan.Şeir kitabınıbir də varaqladım bu gün.Oxudum yazdıqlarını.Düşündüm yazmadıqlarını.Sığalladı qəlbimişerinin sətirləribir dost,bir işdaş,bir şair mehribanlığıylagələ bilsəydin bu günMüşfiqlə qol-qola.Neçəsi utanardı sizi görüb,ülfətinizi görüb.Dildə “qardaş”, “qardaş” deməkləqardaş olmur insan.Gərək ürəkdən bağlanıb,ürəkdən duyub,könüldən qaynayıb, qarışasan.Nə üzə görə sənə dost dedim,nə yarım ömüriclasdaş olduğumuza görə.Özün sadə idin,boyun – törə.

Qəlbində bir parça daqara fikirlərin qurumu yoxdu.Könlün, gözün toxdu.Bilirdin dost sözüelə tutumlu,elə qiymətli,elə müqəddəsdir –bir dəfə dedin,bəsdir!Ən mənalı söz belə,yerli-yersiz işlədəndəitirir dəyərini, duzunu.Heç hərarət əridə bilməzürəkdən bağlanmamış,“məhəbbət”in buzunu.Yadımdadır,necə nifrətlə, qəzəblədanışardınsaxta dostluğuniyrəncliyindən.Dost sözününqocalmayan gəncliyindən.Səsimiz həmahəng olurdudeyəndə:dostluq üzdən deyilsə,məhəbbət sısqa,ülfət cılız pöhrə deyilsə,varam!Niyyətli sevgiyə,şöhrətli mehribanlığa,qurama peşmanlığa,qondarma pərişanlığa,qondarma insanlığa,dotələb nadanlığa,yoxam! Yox!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets