Pəncərəmi açdım sabaha,gördüm insanlar keçib gedir;illər üstündən,aylar üstündən.Sərhəd dirəklərindən körpülər salınıb,dənizlər üstündən,çaylar üstündən.Zindan daşlarından yollar çəkilib,kəndlər arasında,şəhərlər arasında.Bu yollardan keçib gedir insanlar;ağı da,sarısı da,qarası da.Mən də onların içindəydim,siz də,bu gün inamlı,sabah ümidli qəlbimiz də,Çağırdım: – Ey qardaşlar!– Qardaş, – deyə səsləndi min bir ağız.Danışdıq, danışdıq, danışdıqtərcümansız, dilmancsız.İnan bu sabaha,oğlum, qızım,bacım, qardaşım – İnsan!Atam, anam – İnsan!Yaşamaq olarmıinanmasan!..

Yuqoslaviya, Ohrid şəhəri, avqust, 1961

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets