Yaralı Təbriz
Mən görəndəbağçaların, bağlarınçiçək idi,gül idi.Küçələrdə, məclislərdəsəslənəndoğma, gözəl dil idi.Fədailərdəstə-dəstə keçirdi,yeni adlı küçələrdən;dodaqlarında nəğmə!“Ey torpağı ləl, mərcanAzərbaycan!”
Səttarxan xiyabanıbəzəkli, çilçıraqdı,Qoçaq, mərd oğulların,Firudinlərin sağdı.Kəhrəba işıqların,gecələrin qoynunaulduz-ulduz yağırdı.Oyanışlı günlərinnə oldu,hanı indi?Gəldi qara günlərin,Nə az bəxtiyar oldun,sevindin.Söylə, Təbrizim,söylə,ulduzlu mavi göydənsənə kim yanğı saldı!?Üstünü buram-buramqara dumanlar aldı.Naxış-naxış evlərinalışdı közə döndü.Bağçaların, bağlarınviranə düzə döndü.Yanğınlar gur kükrədi,yayıldı gölə döndü.Neçə insan yuvasıbir anda külə döndü.Pərdələr arxasındagizlənmişdir işıqlar.Sazını sındırdımıtunc gövdəli aşıqlar!
Təbriz, qəşəng şəhərim!Yüz bir şəhər içindəseçimli, tək şəhərim!Sənin yaran azdımı,vurdular bir yara da.Qəzəbindən titrədiGöy məscidin üstündəQızıldan aypara da.Sənin dərdin azdımı,taleyinə tarixlərqara günlər yazdımı?Sinəndə varkən hələ
göynəkli dil yarası,Səttarxanlar yarası,Firudinlər yarası,yanıq, nakam arzular,qəm, nisgillər yarası –Yaraladılar səni,Heyranların vətəni!Sahiblərin vətəni!
Mən deyirdim vaxt olarbaharlı novruz günügələrəm.Həsrətindən qurtarıbqoynunda dincələrəm.Yaraların ağırdır,Təbrizim!Nigaranlıq qəlbimiağrıdır,Təbrizim!
İnanıram, keçəcəkmatəmli günlərin də.Açılacaq üfüqlərbir aydın səhərində.Çəkiləcək üstündəno zəhərli buludlar.Doğrulacaq arzular,umudlar.Yüksələcək bayrağıyeni Səttarxanların.Qaldıracaq səsini,Öz gücünə güvənən,bu günlərdən dərs alangələcəyə inamlı –qüdrətli cavanların.
Göyçay, 11-13 oktyabr 1980
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-yarali-tebriz
Use ← → keys to move, R for a random poem