Təbriz – gözəl şəhər!

Vuruşdular:son gülləyə;son süngüyə,son qundağa qədər.Vuruşdular:hər şey qırmızı geydi,daşdan torpağa qədər.Vuruşdular:alt dodaqdanüst dodağa qalxa bilməyənsəsə qədər.Vuruşdular:onlardan yeddi dəfə – yetmiş qatartıq olan,süngüləri narın daraq dişi kimisıx olan düşmənlə.Yaralılar ufuldamadı.Can verənlər inləmədi.Susuzlar yandım demədi.Öpdü qurumuş dodaqlarıqan hopmuş torpağı.Yaralarına basdılarqan rəngli bayrağı.Nə düşmən onlardanbir aman sözü ala bildi,nə bu ölümü yağı duydu,nə qala bildi.Söykənib qala divarınaöldülər ayaq üstə;çiyin-çiyinə.Ulduzlar şahid oldu,bir sırada dayanmışölülərin qabağından,

yüz yerə bölünmüş dirilərinçəkildiyinə.Öldülər ayaqlarının altındaVətən torpağı.Başlarının üstündəVətən ulduzları.Könüldən könülə keçdiümidləri, arzuları.Gecə ağır-ağır keçdicənazələrin üstündən;Keçdi getdi yolu səhərə.Günəş şəfəqdən bir örtük çəkditorpağı qoruyub, torpaqda dincələncənazələrə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland