Qeyrət
Bu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın?
Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
Hər halda adini tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir surətde əncamə irişdirməkdən ötrü şüari-islamiyyətimizin intişarına qeyrət və qerəti-milliyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum.
Pəs boylə olan surətde şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əxz və nəvahini tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb” məzmununca qeyrətsizlikdən mənkusə-qəlb olmağa tənəzzül etməyib, irzi-islami mühafizə etməkle bərabər elmi-islami təhsil edib, zəminindeq dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməliyiz ki, həm dünya cəhətincə və həm axirət cəhətincə tərəqqi edib, məsud ve bəxtiyar olaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-qeyret
Use ← → keys to move, R for a random poem
More by this author
Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Adəmi adəm eyləyən parədirAdəmi adəm eyləyən parədir,Parasız adamın üzü qarədir,
Bakıda bir kənddə mühavirəKəndli:— Denilir, elm oxuyun, sözləri hər anda bizə,
BənzətməSonya, ey dilbəri-pakizə-əda!Sənə bu Naqdı bəyin canı fəda!
Poems by other poets
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.