Adəmi adəm eyləyən parədir,Parasız adamın üzü qarədir,

Qoy nə əslin, nəcabətin olsun,Nə nəcibanə halətin olsun,Baş ayaq eyb içində olsan da –Tək bu aləmdə dövlətin olsun;Adəmi adəm eyləyən parədir,Parasız adamın üzü qarədir,

Olmasın fəhmin, əqlin, idrakın,Var nə qəm, ta ki, vardır əmlakınAtəşi-xanə suzi-millət ikən –Hər kəsin sacdəgahıdır xakın;Adəmi adəm eyləyən parədir,Parasız adamın üzü qarədir,

Olmayır, olmasın da insafın,Dut qanın şişə içrə əsnafın,Ta ki, var əldə beş puçuq quruşun –Mötəbərsən gözündə əşrafın;Adəmi adəm eyləyən parədir,Parasız adamın üzü qarədir,

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets