Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban.Qoyma bizi gəl bisərü saman, sənə qurban.

Gəldim boş əl ilə qapına, qovma, dəxiləm,Yoxsul, üzü qarə, əməyi puç və səfiləm.Qəlbi qırığam, boynu bükük, xəstə, əliləm.

Gəl eylə mənim dərdimə dərman, sənə qurban.Haqsız, quru muzdurca bu heyvan sənə qurban.

Əsdi qara yel, çəltiyi, bostanı sovurdu.Bu fəqr və zillət neçə ildir bizi yordu.Yağmadı yağış, yandı taxıl, cümlə kül oldu.Bir danə ələ gəlmədi heç, xan, sənə qurban.Nə darı, nə çəltik, nə də bostan, sənə qurban.

Aldı dolu, billah, sərü samanımı əldən.Salmış iki ildir bu çəyirtgə bizi dildən.Ar eyləyirəm böylə keçinməkliyə eldən.

Getdi keçən il borcuma yorğan, sənə qurban.Bu başı bəlalı canım hər an, sənə qurban.

Bundan daha artıq heç olurmuydu çalışmaq?Hər ildə qabıq qoydum ilan tək, hər il ancaqQaldım quru yerdə yenə möhtac, yenə çılpaq.

Gülmür bizə bu çərx, bu dövran, sənə qurban.Səbrim tükənib, bağrım olub qan, sənə qurban.

Evdə mələşir, vallah, acından uşaq, övrət.Qaçmış bəti-bənzi, hamısı bir quru surət.Olmuş nə isə bunca müsibət bizə qismət.Bir tövr elə, çək bizlərə saman, sənə qurban.Rəhm eylə, tərəhhüm çağıdır, xan, sənə qurban.

Evdə yeyəcək nə darı qalmış, nə də buğda.Bu il bizə gəl vergini rəhm eylə, bağışla.Bəsdir bizi dırmaqladığı yırtıcı dünya.

Daxmamdakı beş ac-yalavac can sənə qurban.Ət-yağ üzünə həsrətik hər an, sənə qurban.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü pərdə

Səhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*

194610 min
Məktub yetişmədi

IQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.

19086 min
Köç

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.

191031 min
Daşqın

Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

19104 min

Poems by other poets