İsgəndər və filosof Diojen
Qoşunla keçərkən rumlu İsgəndər,Ona söylədilər: “Ey, böyük qeysər!Bu çeşmə yanında alim DiojenBir qutu içində etmişdir məskən”.İsgəndər şövkətlə yanaşdı ona,O isə üzünü çevirdi yana.İsgəndər soruşdu: “İstəyin nədir?”Diojen gülərək dedi: “Ver əmr,Çibinlər üstümə qonmasın mənim,Bunlardan incinir çılpaq bədənim”.Dedi: “Mən olsam da fateh İsgəndər,Əmrimə itaət etməz çibinlər.Ey alim, sən məndən gəl xələt istə,Var, dövlət, xəzinə, şan, şövkət istə!”Diojen dedi: “Gəl, insaf et özün,Sənin ki, çibinə çatmayır gücün,Belə bir miskindən nə istəyim mən,Çəkil, kölgə salma parlaq günəşdən!”
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-isgender-ve-filosof-diojen
Use ← → keys to move, R for a random poem
More by this author
Bu kuzənin torpağı alınmış el bağından,Bəlkə də o yapılmış gözəllər torpağından.
Böyük hicranBöyük qardaşım Məmməd Səid Ordubadiyə ithaf*Yadımdadır, o gün ki sən sərilmişdin yatağa,
Ölümə həcvEy ölüm, oy, nə yaman siman var:Qaşqabaqlı, qara, çirkin, yassar.
VətənimEy vətən, ey gözəllərin gözəli!Qəlbimin ey sevimli şah əməli!