Gəldi bir kəndlinin yanına ilan.Dedi: “Bundan sonra mənə gəl inan.Dost olaraq etibarımız olsun,Əhd-peyman, qərarımız olsun.Daha məndən qoruma sən özünü,Mənə gəl yaxşı bax, sil gözünü.Çıxmışam təzəcə qabıqdan mən.Olmuşam indi başqa heyvan mən”.Nə ilan kəndlini inandırdı,Nə də öz mətləbini qandırdı.Götürüb kəndli bir yekə payanıDedi: “Get, axmağı, səfehi tanı!Qabığın tazə – bəs nə adətdir.Ürəyin dop-dolu xəyanətdir?İlana etibarımız olmaz.Başı heç yer üzündə sağ qalmaz”.Bu sözü söyləyib vurub ilanınBaşını əzdi, aldı orda canın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets