Hekayə
Eşitdim, bir yoxsul ciyər qaniləKöhnə bir əşrəfi keçirdi ələ.Ona söyləmişdi varlı kimsələr:“Zəri-zər, xəzinə-xəzinə çəkər...”Sürətlə üz qoydu bazar səmtinə,Köhnə əşrəfilə tapsın xəzinə.Bir sərraf dükanı gördü çox geniş,Bir yerdə bu qədər qızılı görməmiş.Bir yığın qızıldır, gümüşdən parlaq.Hər yan əşrəfidir, bir neçə qalaq.Xəzinə xülyası beyninə batdı.Qızılı xəzinə üstünə atdı.Əlindən uçunca dəyərli varı,Yügürdü qalanmış qızıla sarı.Qızılı atmaqdan oldu peşiman,Birə yüz almağa tapmadı imkan.Fəryada başladı: “Qızılım” – deyə,Yalvardı cavahir satan kişiyə:“ – Mən ömrüm uzunu hey çalışaraq,Əlimə bir qızıl keçirdim ancaq.Mənə söyləmişdi axmaq bir nəfər:“Zəri-zər, xəzinə-xəzinə çəkər”.Həmin bu qızıllı dükana çatdım,Qızılı, qızılın üstünə atdım.Atdım ki, əşrəfi çəksin xəzinə.Çox qızıl onu da çəkdi özünə”.Gülərək o sərraf, o azad insanSöz açdı qızılın qarışmasından:“ – Çox gedə bilərmi azın üstünə?Yüz getməz, bir gedər yüzün üstünə.Kim ki, sərvətimi qapmaq istəyir.Yolumda bu məsəl bir keşikçidir.Dəyirman ki, bunca hay-huy qoparır,Muzdurdur, ununu dehqan aparır.Oğrudan qorxum yox, mənə nəhayətOğrudur deməyə etməz cəsarət.Dünya ki, qara bir rəngə boyanar,O zaman yol kəsər quldur-qaralar,Gündüzlər: göz-gözdən utanır – deyə,Talanı, qarəti qoyur gecəyə.Ancaq, söz qulduru şəfəq sökərkənQələmi yontaraq mişkin söyüddənFikrimi qapırlar, könlüm əmindir.Buxaraya da getsə, o Gəncənindir!”
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-hekaye
Use ← → keys to move, R for a random poem
More by this author
Meşəliyin ortasında bir tala. Səhnənin sol tərəfindən bir çay axır. Çayın yanında böyük*bir çinar ağacı. Bəhram təpə başında durub ov gözləyir. Əyyar da əlində ağacdan*
Üçüncü pərdəSəhnə vəzirin sarayını təsvir edir. Sağda ikimərtəbəli evin eyvanı. Solda qırx*pilləkən. Pilləkən başında bir otaq. Yaz fəsli. Həyət güllük, çiçəklikdir.*
Məktub yetişmədiIQışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər matəmlilər kimi, qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Küçələrdə koma-koma duran qarlar üzərində qarğalar qorxaq baxışlarla gəzinirdi. Qalın palto, isti paltar geyinmiş adamlar bəzəkli və isti mənzillərindən çıxıb piyada, ya arabalar içində rahat-rahat küçələrdən keçirdilər. Bu dondurucu qış, bu sərt soyuq onlar üçün əyləncədən başqa bir şey deyildi.
KöçMayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.