O baxışlar
O hərarətlə sevdiyim gözünüYenə üç-dörd gün oldu görməyəli.Görərəm hər çiçəkdə mən izini,Qəlbimin ey sevimli şah əməli!
Kim bilir, yollarında, ey rənaYüzlər ilə boyun bükənlər var.Ah, o göz dikdiyim baxışlarınaNeçə min başqa göz dikənlər var.
Kim bilir, hər gün öpdüyüm baxışınNə qədər ruha saplanıb qalmış.O nəsim, o hava kimi axışınKim bilir, sevgilim, nələr çalmış?
Səndə incə, sevimli, cazibədarBir baxış var ki, az gülər üzümə.Həm də şimşək kimi bir an parlar,Sönər artıq gəlincə mən özümə.
O baxışlarda çırpınan ürəyimDiləyir gözlərindən hey imdad.Qəlbimi aç, görərsən, ey diləyim,Sızlayır hər telində min fəryad.
O baxışlarda sübhdən parlaqBir ziya var, büllurdan daha saf.O baxışlarda dalğadan oynaqBir şəfqət var ki, nurdan şəffaf.
Elə bir incə şersən ki, sanaÜrəyim ilk baxışda ovlandı.Şairə can verən baxışlarınaBaxsana, sənətim də bağlandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-o-baxislar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Qarsa gedəlimDərd əlindən şan- şan oldu ürəyim,Yeri könül, yeri Qarsa gedəlim.
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.