Tülkü və dəvə
Dəvə otlaya-otlaya,Kənddən bir az uzaqlaşdı.Yetişdi bir daşqın çaya,Sudan içib, çayı aşdı.Dizin büküb çökdü yerə,Ürəyində yoxdu qorxu.Xumarlandı, birdən-birəGözlərinə girdi yuxu.
Tülkü çıxdı yuvasından,Görüncə yatmış dəvəni.Ürəyində dedi: “Ay can!Bəxtim ac qoymayır məni.
Zorba dəvə ayağıylaGəlmiş yuvamın ağzına.Onu keçirməkçün ələ,Quyruğumu quyruğunaKəndir kimi bağlayaram,Çəkib yuvama dəvəni,Ürəyini dağlayaram;Bir ay doyurar o məni”.
Bunu deyib, tez yan aldı,Dediyinə əməl etdi.Qüvvətini işə saldı,Quyruğunu ha tərpətdi,
Dəvə etmədi hərəkət,Tərpənmədi heç yerindən.Tülkü işlədirkən qüvvətZorba dəvə gördü birdən
Tərpədirlər quyruğunu;Hövl ilə qalxdı ayağa;Bu iş qorxutmuşdu onu,Üz qoydu kəndə qaçmağa...
Tülkü havada sallanmış...Qurtarmaqçün öz canını:Gah buduna batırır diş,Gah keçirir dırnağını.
Dəvə aldıqca hər yara,Qaçır daha sürət ilə.Tülkü ağa düşüb dara,Hey vurnuxur qüvvət ilə.
Kəndə çatınca tülkünüİtlər görüb, hov-hov saldı.Dağıtdılar boz kürkünü,Hərəsi bir dişlək çaldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-tulku-ve-deve
Use ← → keys to move, R for a random poem
More by this author
Xalq əfsanəsi*– Anacığım, bax o uca, sarp dağa,
Möhtərəm Nəriman bəy Nərimanov cənablarınaNişan qoymusan, eşitdim, xeyr olsun.Dan ulduzu kimi bəxtin durulsun.
Əsrimizə xitabBilməm bu qanlı səhnənə, ey əsri-məymənətİzhari-nifrət etməli, yainki təhniyət?
İki mücahidSən, ey atəş vücudlu, oynaq atım!Ey ildırım baxışlı qol-qanadım!
Poems by other poets
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,