Düzə gəl
Günah etdin, oldum illər xəstəsi,Yaxşı-yaman bəd gətirər, düzə gəl.Mən aşiqəm, düzə gəl,At əyrini, düzə gəl.Ağ boynuna inci, mərcan,Sən də düzə-düzə gəl.İlqar-iman, əhdü-peyman yad olsa,Can yığışar topuqlardan dizə, gəl.
Geyinibsən ipək, qumaş, al yenə,Yanaqların lalə kimi, al yenə.Mən aşiqəm, al yenə,Bir könlümü al yenə.Ya göstər ay camalın,Ya da canım al yenə.Busə alım, de ürəkdən, – al yenə,Şair könlüm vəsfin-vəsfə düzə, gəl.
Məmmədhüseyn istər üzdə xalını,Gəl döşərəm yolun üstə xalını.Mən aşiqəm, xalını,Göstər üzdə xalını.Möhnətin üzdü məni,Gəl göstərim xalını.Gecə-gündüz arzularam xalını,Seyr etməyə çəmənə gəl, düzə gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-duze-gel
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!