Dama-dama
Cığalı təcnis
Ruzinə kəm baxma, naşükür bəndə,Göl olar deyiblər, a dama-dama.Aşıq, adam-adama,Gərəkdir dam adama.Yar ərişdi qəlbimə,Gəzdim qan dama-dama.Namərdə tövlə də qıyılan deyil,Yaraşar cəvahir, ləl, dam adama.
Vaxt var idi, ay da məndim, gün də mən,Hər anından cah-calalı gül daman.Aşığam, bu gündə mən,Can eşidən gündə, mən.Dost yolunda bölündüm,Oldum kündə-kündə mən.Bir kəsə qıymadım yandım gündə mən,Həsrət qaldım axır bir dama, dama.
Məmmədhüseynin işi düşdü çapara,Tez yetir naməni yara, çapar a…Mən aşiqəm, çapara,Düzəldildi çəp ara.Yaltağı yaxın qoyma,Arxanca hey çapar, a…Yaxşı dostu dağı-daşı çap, ara,Yorulmaz, ara, tap hey dəm a…, dəm... a.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-dama-dama
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu ədavət nədir, balam,Düşüb millət arasına?
Getmə göz önündən, ay Şəkər xanımGetmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: