Hicran dərdi peyman edib halımı,Vurdu ürəyimə yara, Güləndam.İşvə-nazın lap aparıb ağlımı,Dərdli könül istər çara, Güləndam.

Göz açandan səni sevib-seçmişəm,Röyada əlindən badə içmişəm.Bir canım var inan qurban etmişəm,Qoynundakı bağça-bara, Güləndam.

Bir mələk misalsan, alma canımı,Gəl atəşə, oda salma canımı.Məmmədhüseynəm, tök yolunda qanımı,Aldanma dövlətə, vara, Güləndam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets