Atan köpək saldı məndən aralı,Astadan göz yaşın süzdürən xanım.İki cavan, iki könlü yaralı,Səni o, çal oldu bezdirən, xanım.

Aldanıb dövlətə, gəldinmi cana,Ağlayıb bağrımı döndərmə qana.Hacı büləndirib al-əlvan dona,Yaxasına dürrü düzdürən xanım.

Məmmədhüseynə yoxsul dedin ar oldu,Əldən uçdun dünya mənə dar oldu.Nədən belə o, gül camalın soldu,Adını dillərdə gəzdirən xanım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets