A quşcuğazlar, nə yaraşıqlısız,Can kimi bəslənməyə layiqlisiz.Nədir o istəkli, o heyran baxış,Nə dadlı cik-cik, nə gözəl çırpınış!Birdən ucaldı niyə cik-cikləriz,Pəh-pəh, açılmış sarı dimdikləriz.A bəxtəvərlər, ananız gəldimi?Qondu yuva üstünə, dincəldimi?Görcək onu səslənməyə başladız,Civiltilərlə əcəb alqışladız.Yem gətirib yoxsa sizə verməyə,Ya ki, gəlib bir quru dindirməyə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets