Dördüncü hissə, 23. Polkovnik Nəbiyev
Xidmət rəisinin təklifini nəzərə alıb Orucovla görüşdüm. Məncə, bacaracaqdı. Qəhrəmanlığı öz yerində, onda qeyri-adi bir qabiliyyət də vardı; diqqətindən heç nə yayınmırdı!
Dağ şəraitində keçirilən kəşfiyyat əməliyyatları haqqında çoxlu kitablar oxumuşam. Rusiyanın Qafqazda xidmət edən yüksək çinli zabitlərinin xatirə və gündəlikləri bu mövzuda ən yaxşı yazılar kimi yadımda qalıb. Dağlar fərqlidir. Hərbi əməliyyatlar üçün, ən başlıcası, dağ şəraitində rahat hərəkət etməkdir. Murovda yamaclar düşmən tərəfdən rahat, biz tərəfdən sərt olduğuna görə onlar öz postlarına yol çəkir, artilleriya və ağır texnikanı təmas xəttinə yaxınlaşdırırdılar. Bu fakt Orucovun gözündən yayınmamışdı. Söhbət zamanı erməni üzdən çəkilən bütün yeni yolların xəritəsini stolumun üstünə qoydu. Məəttəl qaldım. Ona yol çəkilişlərini müşahidə etmək barədə xüsusi tapşırıq verilməmişdi, özü bunun əhəmiyyətli olduğunu anlayıb xəritəsini çıxarmışdı. Düşməndən müdafiəmiz üçün bu məlumatların qiyməti yox idi.
Hər bacarıqlı zabit rəhbər ola bilmir. Orucovun ağlı, zəkası və məsuliyyət hissi buna imkan verirdi.
Onun təqdimatını baş qərargaha göndərdim.
Etiraz etmədilər.
Beləliklə, Kapitan Orucov briqadanın kəşfiyyat xidmətinin rəisi təyin olundu. Briqadaya çağırıb əlini sıxdım, təbrik elədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-23-polkovnik-nebiyev
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”
Dördüncü hissə, 16. KomandirDesəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.
Dördüncü hissə, 17. SevincBəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?
Poems by other poets
از دست پرنگارش دل در نگار بسته
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
ÇadraO ruhunu altında gizləyən qara pərdəArtıq gözəl üzünün saflığından çəkilsin.