Dördüncü hissə, 17. Sevinc
Bəzənib-düzənib işə gedirdim. Bloka çıxanda ikinci mərtəbədə yaşayan Səltənət xala məni evinə çağırdı. Oğlu tələbəm idi. Bir az zəif oxuduğu üçün mənimlə tez-tez görüşür, oğlu barədə suallar verir, daha yaxşı hazırlaşması üçün dəftər-kitab alırdı. Çoxdan tanıyırdım onu. Hələ tələbəlik illərindən dostlaşmışdıq. Ancaq evlərində olmamışdım.
Qapıları yarıaçıq idi. Bir az aralayıb səslənmək istəyirdim ki, içəri otaqda qalın, yun papaq qoymuş gənc hərbçi gördüm. O, stol arxasında giriş qapısına tərəf oturmuşdu. Öz-özümə dedim, bu kimdir? Nə gündədir? Niyə isti otaqda papağını çıxarmır?
Səltənət xala qıvraq addımlarla qarşıma çıxdı. Səsinin tonu qəribə gəldi mənə. Bir az yüksəkdən danışırdı. Sanki içəridəki adama nəsə eşitdirirdi.
Qardaşı oğlunun müharibədə olduğunu bilirdim. Yəqin, bu, həmin oğlan idi. Yolüstü görüşüb hərbi hissəyə gedəcəkdi, vaxtı az olduğundan papağını çıxarmamışdı. Kim bilir, bəlkə bibisi onu zorla içəri dartmışdı. Səltənət xalanın qonaqpərvərliyi vardı. İndiyədək məni, bəlkə, min dəfə evinə dəvət eləmişdi. Atamdan çəkinməsəm, yəqin ki, gedərdim. Hər dəfə bu qadının ürəkdən dəvətlərini qəbul etmədiyim üçün utanırdım.
Zabit gözlərini qıyıb mənə necə baxdısa, sıxıldım. Səltənət xalanın rabitəsiz suallarına candərdi cavab verib, işə tələsdim.
Səltənət xalagildə gördüyüm zabit həm sevimli, həm də qorxunc gəlmişdi mənə. Onun qalın papağını yadıma salanda qımışır, baxışlarını xatırlayanda üşənirdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-17-sevinc
Use ← → keys to move, R for a random poem
More by this author
Bu dünyada bir kimsəyə minnətim olmadı, Sevincdən başqa. Biz, əslində, sənəddə evli idik, həyatda deyil. Bir-birimizdən ayrı düşmüşdük və bəzən işlərim o qədər çox olurdu ki, ayların necə keçib-getdiyini bilmirdim. O, həm evi-uşaqları idarə edirdi, həm də bir gözü mənim üstümdə olurdu. Özünə zarafatla “əsgər anası” deyirdim. Doğrudan da, anam nə edərdisə, Sevinc onu edirdi. Əlində zənbil xidmət keçdiyim yerlərə gəlir, əsgər valideynləri kimi məni gözləyib görüşürdü. Yaxşı ki, Zabil varmış. Mən evimdən birinci Sevincə, ikinci Zabilə görə arxayın idim. Yoxsa xidmət eləyə bilməzdim.Zabil arada məndən möhkəm incimişdi. Toyumda çağıra bilmədiyim üçün. Açığı, deyə bilərdim, amma utandım. Əsgərlikdə idi. Haramıda qulluq edirdi. Fikirləşdim, necə zəng vurum, deyim, toy eləyirəm, qardaşıma icazə verin? Bəlkə, toy başqasının olsa, edərdim. Alınmadı. Və bir gün atamdan eşitdim ki, Zabil məndən inciyib, özü də açıq şəkildə bəyan edib: “Mənim o adda qardaşım yoxdur!”
Dördüncü hissə, 31. ZabilBoynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.
Dördüncü hissə, 32. KomandirAkademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.
Dördüncü hissə, 33. Əsgər QasımovGecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.
Poems by other poets
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.
BilməzsənKamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
همیشه صاحب طول امل غمین باشدکه چین به قدر بلندی در آستین باشد
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən