Onu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.

“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.

“Müharibədir, hər şey ola bilər, özünü ələ al” - deyirdim

“Yox-yox! Olmaya bilərdi! Məni eşitmədilər! Mənə qulaq asmadılar! Gərək mən də onları eşitməyəydim! Silah verəydim uşaqlara! Təhlükəni hiss etmişdim! Əgər bildiyimi eləsəydim, onlar ölməyəcəkdi!”

Öz doğma balası ölsə, bu qədər sarsılmazdı. Onu sakitləşdirə bilmirdim.

Əl-üzünü yuyub, toza-qana batmış paltarlarını dəyişəndə də sayıqlayırmış kimi danışırdı. Az qalırdı havalana.

“Sürücü göndərəcəm. Hazırlaşın, gedin Sumqayıta, vəziyyət ağırdır!”

İndiyədək bizi Zabildən başqa heç kimlə heç yerə göndərməmişdi. Dediyi son sözlərdən vəziyyətin, doğrudan da, ağır olduğunu anladım. Amma getmədim. Zabilə zəng elədim ki, atasını da götürüb Xındırıstana gəlsin. Gəldilər. Düz bir həftə ondan xəbər çıxmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 17. Qırğı

Heç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:

20183 min
Üçüncü hissə, 18. Komandir

Necə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.

20183 min
Üçüncü hissə, 19. Polkovnik Nəbiyev

Erməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.

20181 min
Üçüncü hissə, 20. Komandir

Qərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”

20181 min

Poems by other poets