Qərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:

“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”

“Bu, sizin tapşırığınızdır, yoxsa generalın?”

“Sizcə, mən generalın xəbəri olmadan sizə nəsə deyərəm?”

“Bilirsiniz niyə soruşdum? Generalın belə bir tapşırıq verəcəyinə inana bilmirəm. Biz kəşfiyyat taqımıyıq, ayda neçə dəfə düşmən arxasına keçir, ölümlə üz-üzə qalırıq. Mən birinin yerinə başqasını ölümə apara bilmərəm. Əməliyyata gedənlər bunu bilsə, mənə nə deyər?”

“Onu kəşfiyyata yazmazsınız, öz əlinizdə deyil?”

“Sizcə, o əsgəri daha uyğun yerə salmaq olmaz?”

“Demək, sən qədər ağlımız yoxdur, hə? Nə deyim generala? Tapşırığa əməl etmirsiniz?”

“Etmirəm yox, edə bilmirəm. Bu, sadəcə olaraq, mümkün deyil. Mümkün olsa, edərəm.”

“Aydındır! Sağ olun!”

“Siz də sağ olun.”

Telefonda qəribə bir cığıltı səsi gəldi və bu səs qara pişiyin səsinə oxşadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 56. Komandir

Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...

20181 min
Dördüncü hissə, 57. Qırğı

Bölüyün həyətindəki daşın üstündə oturan hərbi geyimli adama yaxınlaşdım. Üzünü çevirdi. Qaçıb əllərindən tutdum. Dedim, bilsəydim məni bu qədər gözləmisən, hospitaldan qaçıb gələrdim. Bağışla məni! Anlamamışam. Qarmonçalandan nə gözləyirsən?Bir də baxdım, nə bölük, nə həyət, nə daş? Evdəyəm, divanda uzanıb ağlayıram. Qəfil içəri girdi. Dedim, qapı arxadan bağlıdır, içəri necə keçdin? Güldü. Məni qucaqladı. Gözümün yaşını sildi. Onu köksümə sıxıb hönkürdüm. Birdən yoxa çıxdı. Əlimi sinəmə atdım. Yaş idi. Həyat yoldaşım mətbəxdən gəldi: “Sən kiminlə danışırdın? Sinən niyə yaşdır? Aman Allah! Qapının cəftəsini indicə vurmuşdum, kim açıb belə?”

20181 min
Dördüncü hissə, 58. Komandir

Dağın başındakı gümüşü işıq yavaş-yavaş böyüyürdü. Deyəsən, mənə tərəf gəlirdi. Ürəyimin üstündəki şiddətli ağrıdan xilas olmaq üçün ona tərəf çırpınırdım. İşıq böyüyüb-böyüyüb nəhəng haləyə çevrildi. Ona doğru getmək istədim, ağırlaşmış bədənimi qaldıra bilmədim. Əlimi əlimdən, qolumu-qolumdan, ayağımı-ayağımdan sıyırıb çıxarmağa çalışdım. Bədənimdən sıyrılsam, canımı o ağrıdan qurtarardım.

20181 min
Dördüncü hissə, 59. Sevinc

O gecə yuxuda gördüm; Aqşinə öyrətdiyi kimi, mənə əl eləyib gülümsündü.Dərman atmışdım. Ağrılarını hiss eləmədim. Adam sevdiyinin ən ağır anında necə mışıl-mışıl yata bilər? Adam necə daş olar?

20181 min

Poems by other poets