Onunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”

Cavab verdi:

“Qəzaya düşdüyümüz yerdə.”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 2. Komandir

Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:

20182 min
Üçüncü hissə, 3. Gizir Səfərov

“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:

20184 min
Üçüncü hissə, 4. Komandir

Gecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.

20181 min
Üçüncü hissə, 5. Qırğı

Yenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.

20181 min

Poems by other poets