Üçüncü hissə, 36. Komandir
Əslində, əməliyyat sadə idi: Kəlbəcərin qızıl yataqlarını, Zod aşırımını müşahidə edib qayıdacaqdıq. Qızıl yataqları strateji əhəmiyyətli yer sayıldığı üçün biz ayda bir neçə dəfə bu əməliyyatı keçirirdik. Özüm əlavə tapşırıq götürdüm. Kəşfiyyat dəftərimdəki bütün qeydlərdə düşmən əsgərlərinin qızıl yataqlarına gəlmə vaxtı təxminən eyni idi. Onlar hər gün səhər saat 6-7 arası gəlirdilər. Müşahidəçilərin çoxu “Alabaş” avtobusları qarışıq salır, onları da qızıl mədənlərində işləyən fəhlələr hesab edirdilər. Mən avtobusu partlatmaq istəyirdim. Buna görə Kapitan Rəşidovdan briqadanın razılığını almasını xahiş etdim. Və təbii ki, özümüzlə götürməyə iki ədəd tank əleyhinə mina verəcəkdi.
Razılıq əldə olundu və “dozor” nəfərlərindən biri kimi Ləzgini - bizim Əsgər Şabanovu seçdim. O, mənimlə kəşfiyyat qrupunun önündə gedəcəkdi.
Maşınla Alaxançallıya getdik. Dəmirçidamdan qayıdarkən dincimizi aldığımız postdan axşam saatlarında çıxdıq, Səfərovun huşunu itirdiyi bulağın üstündən keçib, Rəfiyevin yıxılıb qaldığı yamacı aşağı sallandıq. Bizi atəşə tutan post mışıl-mışıl yatırdı və onlar yuxuda belə görməzdilər ki, bir az əvvəl burda mühasirədən güc-bəla ilə çıxan kəşfiyyatçılar yenidən eyni yolla qayıdırlar.
“101” nömrəli tuneldə səhəri qarşıladıq. Gündüz orda qalıb müşahidə apardıq. Ləzgi ona öyrətdiklərimi əla mənimsəmişdi. Minanı yerləşdirəcəyimiz yeri müəyyən edib geri qayıtdıq. Gecə saat 10-11 radələrində hərəkətə keçib əvvəldən müəyyən etdiyimiz kolluq və qumsallıqla yuxarı qalxdıq. Saat 3-də minaların ikisini də yola yerləşdirib dərənin içinə qayıtdıq. Ancaq orda dayanmadıq, tunelə tərəf irəlilədik. Qarşıdakı qayalıqda maskalanıb gözlədik. Yol görünmürdü, partlayış olsa, səsini eşidəcəkdik. Mən Allaha yalvarırdım ki, “Alabaş”-dan əvvəl başqa maşın gəlməsin.
Partlayış dərəni başına götürən kimi saata baxdım: 06:13.
Dərindən nəfəs alıb torpağa daha çox sığındım.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ucuncu-hisse-36-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.
Üçüncü hissə, 6. KomandirƏslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi:
Üçüncü hissə, 7. Gizir SəfərovGöyçə gölünə tərəf uzanan dərə boyu addımladıqca xəyalımdan qəribə şeylər keçirdi. Məsələn, düşünürdüm ki, müharibə, doğrudan da, ədalətsiz şeydir; biz niyə erməni verib özümüzünkünü ala bilirik, özümüzünkünü verib, erməni ala bilmirik? Əgər buna icazə olsa, Əsgər İrəfiyevi babat bir dığaya dəyişərdik, aparıb verərdik “kambriq”ə. İrəfiyevin də qohum-əqrəbasına deyərdik, gecə yol gələndə ayağı sürüşdü, qəhrəmanlıqla qayadan uçdu! Vəssalam! Allah o dünyasını versin! Öz düşündüyümə özüm şaqqanaq çəkib güləcəkdim az qala. Baxdım, komandir yaxında olsa, təklifimi ona çatdırıb kefini açardım. Heyif, qaranlıqda anışdıra bilmədim.Qumsal dərə uzaqdan elə yığcam görünürdü, deyirdim, yarım saata gedib o başına çıxacağıq. Bayaqdan addımlayırdıq, bitmək bilmirdi. Elə narahat yerlərlə gedirdik ki, ayaqlarımız batinkanın içində bəlkə onuncu dəfə soğan kimi soyulurdu. Arada qıçım burxuldu, oynaqlarım xırçıldadı. Kəlbəcərdən gələndə burnumaqulağıma dolan soyuq su başımın içində hələ də uğuldayırdı. Üzümün sol yanı keyimişdi. Həm xəfif-xəfif ağrıyır, həm də danışanda “tın-tın”layırdım. Nəfəs almağım çətinləşmişdi.
Üçüncü hissə, 8. KomandirEhtimal doğru çıxdı; sol tərəfki kənddə hərbi hissə vardı. Tankı görmədik, biz dərədən çıxıb boylanana qədər getmişdi. Havanın sərinliyinə qarışan tırıltı bir anlıq eşidilib itdi. Demək, kəndə yaxınlaşmaq olmazdı. Səhərəcən irəliləmək lazım gəlirdi.Uşaqların yanına qayıdıb, bir az dincimizi aldıq. Gizir Səfərov qəfil siqaret yandırdı, onun üstünə atılıb alovu ovcumda sıxdım. Əlimin içi gizildəsə də, ovcumu açmadım. Səfərov xırıldadı.
Poems by other poets
Ətəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Qəzəl: Cahani-bivəfada bir vəfalı yarım olsaydıCahani-bivəfada bir vəfalı yarım olsaydı,Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı
Bu aləmdə nə çatmayır?Sakit bir gecədir, səssiz-səmirsiz.Silinmiş aynası göyün tərtəmiz.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.