Üçüncü hissə, 6. Komandir
Əslində, axırıncı postdan xeyli müşahidə aparmışdım. Haradan gedəcəyimizi dəqiqləşdirib Mazanovla müzakirə də etmişdim. Təmas xəttindən mümkün qədər uzaqlaşmalıydıq ki, əməliyyatı ağlagəlməz yerdə rahat həyata keçirək.
Gün çıxmamış Mazanovla Hüseynovun hərəsini bir istiqamətə göndərdim. Mümkün qədər ehtiyatlı olmalıydılar. Fərq edilsək, planımız pozulardı. Qayıdıb gələndə Mazanov bunları söylədi:
“Dağların sərt yerindəyik, kimsə gözə dəymir. Bir az qabaqda daha effektli müşahidə aparmaq olar. Əkinbiçin vaxtıdır, sahələrdə çoxlu adama rast gələcəyik. Yuxarıdakı post elə də güclü deyil. Təxminən beş-altı bivec əsgərləri var.”
“Bəlkə postdakı qotur gədələri götürüb qayıdaq?” - Gizir Səfərov özünəməxsus laqeydliklə dilləndi.
“Post nə qədər zəif də olsa, ən azı bir-iki güllə atılacaq. Düşmən tərəfdə yollar rahatdır, səsi eşidib tezliklə yaxınlaşa bilərlər.” - izahat verməyə məcbur oldum ki, uşaqlar irəli getməyin vacibliyini anlasınlar. Boyunlarına almasalar da, yorulmuşdular.
Bir azdan özüm ətrafı yoxlamağa çıxdım. Mazanov haqlı idi. Ətrafı müşahidə üçün azı on-on beş kilometr irəliləməliydik.
Qarşıda iki kənd vardı. Biri sağımıza, o biri solumuza düşürdü. Biz iki kəndin arasındakı dərəylə Göyçə gölünə tərəf hərəkət edəcəkdik. Xoşbəxtlikdən dərə gölün lap yaxınlığına qədər uzanırdı. Kənar yamaclardan görünməmək naminə gecə hərəkət eləmək lazım gəlirdi.
Sol tərəfdəki kənd uzaqda olduğundan yaxşı müşahidə apara bilmirdik. Sağ tərəfdəki isə, demək olar, görünmür, dağın daldasına düşürdü. Biz dərə boyu hərəkət edib, kəndin yaxınlığında müşahidə aparacaqdıq.
Daşlıqda keçirdiyimiz bir gün bir əsr qədər uzun gəldi. Deyəsən, mən də yorulmuşdum.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ucuncu-hisse-6-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Akademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.
Dördüncü hissə, 33. Əsgər QasımovGecələr onun harasa getdiyini bilirdim. Deyəsən, təmas xəttini keçirdi. Bəzən tez qayıdır, bəzən səhərəcən gəlib çıxmırdı. Uzaq və çətin yol keçdiyini paltarlarını təmizləyəndə hiss edirdim. Palçıqlı, yaş və tozlu olurdu. Hardasa süründüyü, çaydan keçdiyi, torpağa uzandığı bilinirdi. Başqa vaxt hara gedirdisə, mənə deyirdi. O səfərləri haqda nə gedəndə, nə gələndə bir kəlmə danışmırdı. Amma mən onu sabahacan gözləyirdim.“Sən yatmamısan hələ?” - hər dəfə eyni sual.
Dördüncü hissə, 34. KomandirÇaylar dənizə, dənizlər okeana tökülür. Bütün cığırlar yollara, yollar ana yollara, ana yollar böyük şəhərlərə aparır. İnsanın ömrü də belədir. O, yaşının ən məhsuldar çağlarına hər tərəfdən yol gəlir; bilikdən, həyatdan, təcrübədən... Mən Ağdamdakı hərbi hissəyə komandir təyin olunanda öz okeanıma qovuşdum. Bir vaxtlar Özbəkistandan qaçmış sıravi əsgər indi öz doğma elobasına briqada komandiri, polkovnik-leytenant kimi qayıdırdı. Bu, həyatımın zəfər yürüşüydü! Özümü gümüşü işıq selinin hüdudsuz sevinci içərisində hiss edirdim.Nəhəng dağı biri çiçəyindən, biri bulağından, biri təmiz havasından tanıyır. Vətəni də hərə bir tərəfindən sevir.
Dördüncü hissə, 35. XanıDüz iyirmi il əvvəl yanında meyit, biz olan maşına əl eləyən sarıyanız, göygöz oğlanı Ağdamda “kambriq” kimi qarşılayırdım. Bir-birimizi qiyabi tanıyırdıq. Mən də buraların adlı-sanlı kəşfiyyatçısı idim.“Demək, məşhur Xanı sənsən!” - ilk sözü bu oldu, əlimi sıxdı.
Poems by other poets
جوجهها را کباب میبینم
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,