Badi-səba şüküftə edər gərçi gülləri,Həmmam camədən çıxarır bu gözəlləri.

Ey futə, vermərəm səni zahid əbasına,Şamü səhər qucursan elə incə belləri.

Aşiq yanında zərrdən artıqdı qiymətin,Ey tas, ta ki, dəgdi sənə yarın əlləri.Ey xəlvəti fəda sənə, kəhli -təcərrüdünVar səndə ruhə feyz verən çox əməlləri.

Bir guşəni behiştə sənin vermərəm ki, varSəndə bu şuxi-huriliqalər məhəlləri.

Həmmam daşı olsa idin Seyyida, əgər,Sən də qucaqlar idin o ziba. ……

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love