Gəldi Harun üçün iki şair,Hərə bir fərd eyləyib zahir.Bu idi fərdi-əvvələ məna –Ki, olur yaxşı felə yaxşı cəza.Fərdi-sanidə həm bu idi əyan –Ki, həmişə olur yamanə yaman.Şairi-əvvələ o fəxri-kübarMərhəmət qıldı min ədəd dinar.Şairi-saniyə həm etdi ətaƏvvəlin nisfini, o kani-səxa.Əhli-bəzm oldu bu işə heyran,Dedilər: – Ey xəlifeyi-dövran,Birdi mənadə kim, bu iki kəlam,Bəs nədən oldu müxtəlif ənam?Dedi kim, şəxs olsa xoştinət,Yaxşılıqdan müdam edər söhbət.Var idi tinətində çünki səfa,Yaxşılıq fərdin eylədi o əda.Ol birində yamanlıq oldu nihan,Odu kim, söylədi yamanə yaman.Sifəti-sahibi-kəlamdı söz,Batin asarına təmamdı söz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets